HÜQUQŞÜNASLARIN MƏKANI
  Hüquqi gülüş
 




Bu bölmədə hüquqla bağlı lətifələrə yer verilmişdir.
 
HÜQUQİ GÜLÜŞ
 
Hakim: Xanım, siz nə üçün ərinizdən ayrılmaq qərarına gəlmisiniz?
-                    Çünki o mənə itə baxan kimi baxır!
Hakim: Bu fikrinizi necə əsaslandıra bilərsiniz?
-                    O, məndən sədaqət tələb edir.
 
***
 
Müstəntiq: Bu bıçaq sizə tanışdır?
Təqsirləndirilən şəxs: Əlbəttə!
Müstəntiq: Deməli, tanışdır?
Təqsirləndirilən şəxs: Bəli! Bəli! Bəli! Axı, artıq üçüncü həftədir ki, siz hər gün onu mənə göstərirsiniz.
 
***
 
İki dost yolda rastlaşır.
- Nəyə görə həbsxanaya düşmüşdün?
- Rüşvətə görə.
- Bəs, nə üçün belə tez buraxdılar?
- Rüşvətə görə.
 
***
 
Hakim: Siz nə əsasla zövqlə geyinmiş bu adamı oğru adlandırırsınız? Heç görün o oğruya oxşayırmı?
Zərərçəkən: Hörmətli hakim! Məsələ burasındadır ki, sizin dediyiniz o zövqlə geyinmiş adamın əynindəki təzə pencək mənimkidir.
 
***
 
Hakim: Siz nə üçün bu kişinin pulqabını oğurladıqdan sonra onu döymüsünüz?
Təqsirləndirilən şəxs:Axı, pulqabı tamam boş idi.
 
***
 
Hakim: Siz nə üçün vətəndaş Qurban Əhmədova hər kəsin yanında axmaq demisiniz?
Təqsirləndirilən şəxs: Hörmətli hakim, mənim hüç ağlıma da gəlməzdi ki, o, bu həqiqəti hamıdan gizlədir.
 
***
 
İki oğru qızıl mağazasında söhbət edir:
- Necə fikirləşirsən, bu almaz neçəyə başa gələr?
- Hər şey hakimdən asılıdır, amma mənim zənnimcə, on il.
 
***
 
          Hakim: Deməli, siz öz gözlərinizlə gördünüz ki, hazırda ittiham olunan bu təqsirləndirilən şəxs öz qaynanasını boğub öldürdü.
          Şahid: Bəli!
Hakim: Bəs, nə üçün köməyə gəlmədiniz?
Şahid: Hörmətli hakim! Düzü, köməyə getmək istədim. Lakin onun bu işin öhdəsindən təkbaşına gələ biləcəyini gördükdən sonra qarışmamaq qərarına gəldim.
 
***
 
Hakim: Siz yumurtalarla birgə toyuğu da oğurladınız?
Təqsirləndirilən şəxs: Bəli, hörmətli hakim! Mən əvvəlcə yalnız yumurtaları götürmək istəyirdim, lakin toyuğun çox həyacanlandığını görüb fikirləşdim ki, onu balalarından ayırmaq ən azı zalımlıqdır.
 
***
 
Təqsirləndirilən şəxs: Vəkilim gəlmədiyi üçün prosesi təxirə salmağınızı xahiş edirəm.
Hakim: Boş-boş danışmayın. Polis nəfəri sizi cinayət başında əliniz özgəsinin cibində ikən yaxalayıb. Vəkil buna daha nə əlavə edə bilər ki?
Təqsirləndirilən şəxs: Hörmətli hakim! Əslinə qalda, məni də elə bu maraqlandırır.
 
***
 
Deputatlığa namizədliyini verən bir şəxsə sual verirlər:
-     Doğrudurmu ki, ölkəmizdə mənzil problemi dərin böhran keçirir:
-   Xeyr, əsla! Belə şayiələrə inanmayın. Bunların hamısını ev-eşikləri olmayan saysız-hesabsız adamlar uydururlar.
 
***
 
Şerlok Holms və dostu Uotson ova gedirlər. Axşam ovladıqlarını yedikdən sonra çadır qurub yatırlar. Gecənin bir vaxtı Holms Uotsondan soruşur:
- Uotson, bu ulduzların görünüşü nə deməkdir?
- Sabah havanın yaxşı olması.
- Sən yanlış fikirdəsən Uotson. Bu ulduzların görünüşündən belə aydın olur ki, bizim çadırımızı oğurlayıblar.
 
Davam edəcək...
 
 
  Bugün 1 ziyaretçi (1 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol