HÜQUQŞÜNASLARIN MƏKANI
  Test 3
 

M A G İ S T R A T U R A Ü Z R Ə
İ X T İ S A S   F Ə N N İ N D ƏN (H Ü Q U Q)
T E S T L Ə R
 
1. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin dördüncü hissəsi yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququnun hansı hallarda məhdudlaşdırıla biləcəyini nəzərdə tutur?
1. Cinayətin qarşısını almaqdan ötrü;
2. Dövlətin təhlükəsizliyini və iqtisadi mənafeyini qorumaqdan ötrü;
3. Dövlətin maraqlarının, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunma­sın­dan ötrü;
4. Cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü.
A) 1-4;        B) 2-3;      C) 2-4;      D) 1-2;        E) 1-3.
 
2. O, hesab edirdi ki, müasir tiplərə ayırmanın əsasında siyasi azadlıq ideyası durur. Fərdin hüquq qaydası yaradılmasında hansı yeri fəal iştirak edirsə - demokratiya, əgər iştirak etmirsə - avtokratiya mövcuddur. Dövlətin digər tipoloji əlamətlərini almayaraq o, diqqəti əsasən dövlət hakimiyyətinin demokratizmini müəyyən edən insan amilində cəmləşdirirdi?
A) R. Makayver;    B) Q. Kelzen;    C) R. Darendorf;    D) Q. Ellinek;    E) İ. Kant.
 
3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.3-cü maddəsinə əsasən mütəşəkkil dəstə dedikdə, nə başa düşülür?
A) Bir neçə ağır cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup mütəşəkkil dəstə adlanır;
B) Ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədilə sabit mütəşəkkil cinayətkar qrup mütəşəkkil dəstə adlanır;
C) Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup mütəşəkkil dəstə adlanır;    
D) Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsdən ibarət olan mütəşəkkil qrup mütəşəkkil dəstə adlanır; 
E) Bir və ya bir neçə ağır cinayətin törədilməsi məqsədi ilə iki və ya daha çox şəxsdən ibarət sabit cinayətkar qrup mütəşəkkil dəstə adlanır.
 
4. Podrat müqaviləsində podratla bağlı smetanın tərtibi üzrə xərcləri kim ödəyir?
A) Sifarişçi;     B) Podratçı;    C) Bərabər miqdarda hər ikisi;    
D) Razılaşmada ayrı qayda yoxdursa, smetanın tərtibi üzrə xərclər ödənilmir; E) Ekspeditor.
 
5. 1976 və 1992-ci il tarixli konvensiyalar müvafiq olaraq hansı dənizlərin çirklənmədən qorunması haqqındadır?
A) Qırmızı və Sarı dənizin;    B) Adriatik və Oxot dənizinin;
C) Baltik və Şimal dənizinin;    D) Ölü və Xəzər dənizinin;
E) Aralıq və Qara dənizin.
 
6. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında bələdiy­yə­lə­rin iclaslarında həll edilə bilən məsələ kimi nəzərdə tutulmamışdır?
A) Yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;  
B) Bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
C) Yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
D) Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
E) Yerli səhiyyə və turizm proqramlarının hazırlanması və onların icrası ilə bağlı hesabatların dinlənilməsi.
 
7. Normativ və kazual təfsir öz məzmununa görə bölünür:
A) Hərfi, məhdudlaşdırıcı və genişləndirici təfsirlərə;
B) Qrammatik, sistematik və tarixi-siyasi təfsirlərə;
C) Məhkəmə və inzibati təfsirlərə;
D) Rəsmi və qeyri-rəsmi təfsirlərə;
E) Autentik və doktrinal təfsirlərə.
 
8. Hansı cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilə bilər?
1. Cərimə;   
2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;   
3. Xüsusi və ya hərbi rütbədən, fəxri addan, yaxud dövlət təltifindən məhrum etmə;
4. Nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə.
A) 1-2;    B) 1-3;    C) 2-3;    D) 1-4;    E) 1-2-3.
 
9. Diler fəaliyyəti nədir?
A) Qiymətli kağızlarla əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi, (qiymətli kağızlarla əqdlər üzrə məlumatların toplanması, yoxlanması və onlar üzrə mühasibat sənədlərinin hazırlanması), hesablaşmaların aparılması və öhdəliklərin qarşılıqlı icrasının təmin edilməsi üzrə peşəkar fəaliyyətdir;    
B) Qiymətli kağızların saxlanması və onların öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi ilə bağlı xidmətlərin göstərilməsi üzrə peşəkar fəaliyyətdir;  
C) Qiymətli kağızların və ya onların sertifikatlarının saxlanması, yaxud uçotu və qiymətli kağızlara olan hüquqların keçməsi ilə bağlı xidmətlər göstərilməsi üzrə peşəkar fəaliyyətdir; 
D) Öz adından və öz hesabına kütləvi elan olunmuş alış və satış qiymətləri ilə qiymətli kağızlar üzrə alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir;
E) Müştərinin hesabına qiymətli kağızlar, valyutalar və qiymətli metallarla məşğul olan iri sənaye korporasiyalarının və fond birjalarının peşəkar fəaliyyətidir.
 
10. Beynəlxalq kosmos hüququna görə kosmik fəzanın aşağı sərhədi, yəni hava fəzası ilə kosmik fəzanı ayıran xətt dəniz səviyyəsindən təxminən neçə kilometr hündür­lükdə müəyyən olunmuşdur?
A) 100 km;     B) 1000 km;    C) 10 km;    D) 10000 km;      E) 100000 km.
 
11. Preferensial seçki sistemi dedikdə, nə başa düşülür?
A) Bu seçki sistemində seçicilərin ümumi sayının yarısından çoxunun səsini qazanan namizəd seçilir; 
B) Bu seçki sistemində seçici bir neçə səsə malik olur və bu səsləri istəsə bir namizədə verə bilər, istəsə də bir neçə namizədin arasında bölüşdürə bilər;  
C) Bu seçki sistemində vahid çoxmandatlı seçki dairəsi üzrə seçici partiya siyahısına deyil, hər hansı bir partiyadan olan bir namizədə səs verir. Ən çox səs toplayan namizəd seçilmiş sayılır;
D) Bu seçki sistemində seçici bir neçə ayrı-ayrı siyahıda olan şəxslərə səs verir və ya özü siyahıya yeni namizəd əlavə edir;
E) Bu seçki sistemində seçici vahid çoxmandatlı seçki dairəsində sadəcə siyahıya səs vermir, həm də siyahıda ən çox kimə üstünlük verdiyini qeyd edir. Sonradan hesablanarkən səslər ilk olaraq ən çox üstünlüyə malik olan namizədlər arasında bölünür.
 
12. Hüquq normasının bu ifadə üsulunda (formasında) normativ hüquqi aktın maddə­sində bütün elementlər əks olunmur, lakin bu normativ hüquqi aktın başqa maddələrinə istinad edilir:
A) Birbaşa ifadə üsulunda;   B) Göndərici ifadə üsulunda;   C) Blanket ifadə üsulunda;
D) Birbaşa, göndərici və blanket ifadə üsullarında; E) Göndərici və blanket ifadə üsullarında.
 
13. Dövlət hakimiyyəti əleyhinə olan aşağıdakı cinayət əməllərindən hansılar üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmur?
A) Dövlətə xəyanət və casusluq;     
B) Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə və hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama;    
C) Silahlı qiyam və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə;
D) Dövlət sirrini yayma və milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınması;
E) Silahlı qiyam və qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma.
 
14. Ekspromt nəticəsində yaradılan əsər nə deməkdir?
A) Müəllifin müəyyən fikir və hadisələri xüsusi şifrlər vasitəsilə gizli saxlamaq niyyəti üçün kodlaşdırdığı əsərlərdir;
B) Korlar və karlar üçün yazılan və ifa olunan əsərlərdir;
C) Heç bir danışıq olmadan yalnız hərəkət və hərəkətsizlikləri özündə ehtiva edən yumoristik əsərlərdir;
D) Təbii səsləri (məsələn, heyvan səsləri, ağac yarpaqlarının və otların xışıltısı, küləyin vıyıltısı, dəniz ləpələrinin səsləri və s.) özündə ehtiva edən əsərlərdir;
E) Çıxış etmə və ifa olunma anında, qabaqcadan hazırlıq olmadan, qəflətən yaradılan şeir və ya musiqi əsərləridir.
 
15. Hansı beynəlxalq təşkilatın nizamnaməsi 05 may 1949-cu ildə Londonda imzalanmış, həmin ilin 03 avqust tarixində qüvvəyə minmişdir?
A) Avropa Şurasının;     B) Amerika Dövlətləri Təşkilatının;     C) Ərəb Dövlətləri Liqasının;     D) Avropa İttifaqının;     E) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının.
 
16. Azərbaycan Respublikasının Milli Məclisində həyata keçirilən qanunvericilik prosesi ilə bağlı söylənilən fikirlərdən hansı yanlışdır?
A) Azərbaycan Respublikasının Milli Məclisinə daxil olmuş qanun və qərar layihələri Milli Məclisin Aparatında qeydiyyata alınır və Milli Məclisin sədri ona baxılması üçün müddət təyin edərək müvafiq daimi komissiyaya göndərir.
B) İkinci oxunuşa azı 10 gün qalmış qanun layihəsi onun təşəbbüsçüsünə göndərilir. Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi onun təşəbbüsçüsünün məruzəsi ilə başlanır;
C) Qanun layihəsinin birinci oxunuşu zamanı onun qəbul edilməsinin zəruriliyi, əsas müddəaları müzakirə edilir, qanun layihəsinin ümumi konsepsiyasına qiymət verilir;
D) Qanun layihəsinin üçüncü oxunuşu zamanı onun mətnində dəyişikliklər edilə bilməz. Müstəsna hallarda Milli Məclisin iclasında iştirak edən deputatların əksəriyyətinin tələbi ilə üçüncü oxunuşda olan qanun layihəsi ikinci oxunuşa qaytarıla bilər;
E) Azərbaycan Respublikası Prezidentinin təklifi tələb olunan səs çoxluğu almazsa, qanunun Milli Məclis tərəfindən qəbul edilmiş redaktədə saxlanılması haqqında məsələ səsə qoyulur. Tək­rarən qəbul olunmuş qanun dərc olunmaq üçün 7 gündən gec olmayaraq Azərbaycan Respublikası Prezidentinə göndərir.
 
17. Parlamenti birpalatalı olan dövlətlər hansılardır?
A) Macarıstan, Türkiyə, Finlandiya, Danimarka;
B) Gürcüstan, Fransa, Polşa, Hindistan;
C) Norveç, Almaniya, Misir, Nigeriya;
D) Niderland, Xorvatiya, İtaliya, Moldova;  
E) Makedoniya, İsrail, Yaponiya, Pakistan.
 
18. Ultraaktiv cinayət qanunları:
A) Elə qanunlardır ki, bunlar ancaq qüvvəyə mindikdən sonra baş verən kriminal əməllərə şamil edilir;
B) Elə qanunlardır ki, onlar hələ qüvvəyə minəndən əvvəl törədilən cinayətlərə görə tətbiq edilir;
C) Faktiki qüvvədə olmayan qanunlardır. Bəzən belə qanunlar keçmişdə baş verən, yəni keçmişdə bu qanunun qüvvədə olduğu dövrdə baş verən hadisələrə tətbiq edilir;
D) O cinayətlər barəsində tətbiq edilir ki, belə cinayətlərə görə çıxarılan hökmlər artıq qanuni qüvvəyə minmiş olur;
E) Elə qanunlardır ki, cinayət törədən şəxsin vəziyyətini ağırlaşdırır.
 
19. Hansı hallarda mehmanxana və ya restoran sahibi pulları saxlamaya qəbul etməyə bilər?
A) Mehmanxana və ya restoran sahibi heç bir halda saxlamaya verilən pulu qəbul etməkdən imtina edə bilməz;
B) Saxlamaya verilən pulun qanuni mənbəyi barədə əsaslı şübhələr olduqda;
C) Saxlamaya verilən pulun saxtalığı barədə şübhələr yarandıqda;
D) Mehmanxana və ya restoran sahibi istənilən halda saxlamaya verilən pulu qəbul etməkdən imtina edə bilər;
E) Miqdarı və ya dərəcəsi ilə bağlı olaraq həcminə görə mehmanxana və ya restoran üçün ifrat və ya təhlükəli olduqda.
 
20. Dövlət diplomatik nümayəndəliyin başçısını eyni zamanda bir neçə dövlətə və ya müvafiq beynəlxalq təşkilata diplomatik nümayəndə təyin edə bilər. Buna diplomatiya və konsulluq hüququnda deyilir:
A) Kumulyasiya;    B) Aqreman;    C) Ekzekvatura;    D) Övdətnamə;    E) Prolonqasiya.
 
21. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət ehti­yac­ları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə hansı şərtlə yol verilə bilər?
A) Yalnız qabaqcadan onun dəyərini insafla və vicdanla ödəmək şərti ilə;
B) Yalnız qabaqcadan onun dəyərini tam ödəmək şərti ilə;
C) Yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə;
D) Yalnız qabaqcadan onun dəyərini maksimum ödəmək şərti ilə;
E) Yalnız qabaqcadan onun dəyərini razılaşdırılmaqla ödəmək şərti ilə.
 
22. Afina Demokratik Respublikası (e.ə. V-IV əsrlər) ilə bağlı söylənilən fikirlərdən hansı yanlışdır?
A) Burada Aeropaq son dərəcə nüfuzlu dövlət hakimiyyəti orqanı idi. O, beşyüzlər şurasının və vəzifəli şəxslərin fəaliyyətinə nəzarət edə bilirdi;
B) Ali icra hakimiyyəti orqanı beşyüzlər şurası idi. O, Afina ərazi bölmələrinin (polislərin) nümayəndələrindən təşkil olunurdu və dövlətin gündəlik fəaliyyətinə rəhbərlik edirdi;
C) Aeropaq polislərin ali vəzifəli şəxsləri olan arxonlardan və ömürlük təyin olunan keçmiş arxonlardan ibarət idi;
D) Qanunvericilik hakimiyyətini Ağsaqqallar şurası (Gerusiya) həyata keçirirdi. O, 25 yaşına çatmış 28 üzvdən ibarət idi. Onun başlıca funksiyası qanunların qəbulu idi;
E) Efialtın islahatları aeropaqı ali siyasi funksiyalardan məhrum etdi və o, sırf məhkəmə orqanlarına çevrildi.
 
23. Qaçaqmalçılıq cinayət tərkibinin yaranması ilə bağlı nəzərdə tutulan mallar və digər əşyalar üçün külli miqdar dedikdə, nə qədər məbləğ başa düşülməlidir?
A) 1000 manatdan yuxarı;      B) 3000 manatdan yuxarı;      C) 4000 manatdan yuxarı;
D) 7000 manatdan yuxarı;       E) 500 manatdan yuxarı.
 
24. Hüquqi şəxslər vərəsə ola bilərlərmi? Əgər ola bilərlərsə, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə necə tənzimlənir?
A) Bəli ola bilərlər. Mirasın açıldığı vaxtadək təşkil edilmiş hüquqi şəxslər yalnız vəsiyyət üzrə vərəsəliyə çağırılırlar;
B) Bəli ola bilərlər. Mirasın açıldığı vaxtadək təşkil edilmiş hüquqi şəxslər yalnız qanun üzrə vərəsəliyə çağırılırlar;
C) Bəli ola bilərlər. Mirasın açıldığı vaxtadək təşkil edilmiş hüquqi şəxslər həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılırlar;
D) Xeyr, hüquqi şəxslər heç bir halda vərəsə ola bilməzlər. Yalnız fiziki şəxslər vərəsə ola bilərlər. Buna görə də hüquqi şəxslər nə qanun, nə də vəsiyyət üzrə vərəsəliyə çağırılırlar;
E) Hüquqi şəxslərin vərəsə ola bilib-bilməməsi və onun vərəsəliyə çağırılıb-çağırılmaması ilə bağlı məsələ haqqında Azərbaycan Respublikası Mülki Məcəlləsində heç bir norma müəyyən edilməmişdir.
 
25. XIX əsrdə Latın Amerikasında formalaşmış və 1986-cı ildə Burkina Faso/Mali işində BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən ümumi beynəlxalq hüquq norması kimi xarakterizə edilmiş uti possidetis prinsipinin məğzi nədən ibarətdir?
A) Beynəlxalq müqaviləni yerinə yetirmədiyinə bəraət qazandırmaq üçün dövlət öz daxili hüququnun müddəalarına istinad edə bilməz;
B) Dövlətlər öz mübahisələrini onların xarakterindən və mənşəyindən asılı olmayaraq, yalnız və yalnız dinc vasitələrlə həll etməlidirlər;
C) Dövlətin daxili yurisdiksiyasında olan işlərə başqa dövlətlər qarışa bilməz;
D) Müstəmləkə və ya federasiya subyektlərinin əvvəlki sərhədləri yeni müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur və müvafiq razılıq olmadan dəyişilə bilməz;
E) Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında və iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllində əməkdaşlıq etmək dövlətlərin həm hüququ, həm də vəzifəsidir. Dövlətlərin əməkdaşlığı onların siyasi, iqtisadi və sosial sistemlərindəki fərqlərdən asılı olmayaraq həyata keçirilməlidir.
 
26. Azərbaycan Respublikasının Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni ilə bağlı söylənilən düzgün fikirlər hansılardır?
1. Hər üçü Azərbaycan dövlətinin rəmzidir;
2. Hər üçü ilə bağlı məsələlər Azərbaycan Respublikasının ayrı-ayrı konstitusiya qanun­ları ilə müəyyən edilir;
3. Hər üçünə qarşı hörmətsizlik edilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayət məsuliyyəti nəzərdə tutulur;
4. Hər üçünə hörmət edilməsi konstitusion vəzifədir;
5. Hər üçünə şərikli müəlliflər – Üzeyir Hacıbəyov və Əhməd Cavad əqli mülkiyyət hüququna malikdir.
A) 1-4;      B) 2-5;      C) 1-2-3-4;       D) 1-3-4;       E) 1-2-4
 
27. Nəzəriyyədə subyektin iradəsi ilə əlaqəsinə görə hüquqi faktlar bölünürlər:
A) Hüquqauyğun və hüquqazidd hərəkətlərə;      B) Hadisələr və hərəkətlərə;    
C) Hüquqi aktlar və hüquqi əməllərə;      D) Hadisələr və hüquqi aktlara;    
E) Hərəkətlər və hüquqi əməllərə.
 
28. Hansı fikir yanlışdır?
A) Azərbaycan Respublikasının 1922-ci il tarixli Cinayət Məcəlləsi etiqad əleyhinə əməllərin cinayət hesab edilməsindən imtina edərək onların yerinə dinin dövlətdən ayrılması qaydalarını pozmağa görə cinayət məsuliyyəti nəzərdə tuturdu;  
B) Azərbaycan Respublikasının 1960-cı il tarixli Cinayət Məcəlləsində qanunun analogiyası prinsipi artıq ləğv edilmişdi və həmin məcəllə cinayət əməllərinə münasibətdə qanunun analogiyasının tətbiqini nəzərdə tutmurdu; 
C) Azərbaycan Respublikasının 1922-ci il tarixli Cinayət Məcəlləsi “xuliqanlıq” cinayət əməlini əhalinin sağlamlığı əleyhinə cinayətlərə aid edirdi;
D) Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində nəzərdə tutulan “terrorçuluğu maliyyələşdirmə” cinayət əməli sonradan əlavə olunmuşdur. Başqa sözlə, həmin əməl 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minən Cinayət Məcəlləsində ilk vaxtlar cinayət hesab edilmirdi; 
E) Azərbaycan Respublikasının 1927-ci il tarixli Cinayət Məcəlləsində cinayətlərin iştirakçılarının (cinayətin icraçısı, təhrikçisi və köməkçisi) sadəcə adı çəkilirdi.
 
29. Dövlət orqanının və ya bu orqanın vəzifəli şəxsinin qanunsuz hərəkətləri (hərəkətsiz­likləri) nəticəsində vurulmuş zərərin əvəzini ödəyir:?
A) Həmin dövlət orqanı;    B) Həmin dövlət orqanının vəzifəli şəxsi;    C) İşə baxan məhkəmə orqanı;    D) Azərbaycan Respublikası;     E) Belə zərərin əvəzi ödənilmir.
 
30. Beynəlxalq Məhkəmə aşağıdakı subyektlərdən hansılarının xahişi ilə istənilən hüquqi məsələ üzrə məsləhətçi rəy verə bilər?
1. BMT Baş Assambleyasının;   2. BMT Təhlükəsizlik Şurasının;
3. BMT-nin İqtisadi və Sosial Şurasının;   4. Ümumdünya Poçt İttifaqının;
5. Beynəlxalq Atam Enerjisi Agentliyinin (MAGATE-nin).
A) 4-5;       B) 1-2;       C) 1-2-3-4-5;        D) 1-2-3-4;        E) 1-2-3-5.
 
 
 
 
CAVABLAR
 

1. A
2.      B
3.      C
4.      D
5.      E
6.      E
7.      C
8.      A
9.      D
10. A
11. E
12. B
13. D
14. E
15. A
16. B
17. A
18. C
19. E
20. A
21. C
22. D
23. C
24. A
25. D
26. E
27. B
28. C
29. D
100. E

 
       
Testləri tərtib etdi:
     Yunis Fərman oğlu Xəlilov
     Naxçıvan Dövlət Universitetinin
     Hüquq fənləri kafedrasının müəllimi
 
 
  Bugün 4 ziyaretçi (11 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol