HÜQUQŞÜNASLARIN MƏKANI
  Dünya konstitusiyalarının növləri
 

Dünya konstitusiyalarının növləri
 
1.     Formasından asılı olaraq konstitusiyaların iki növü fərqləndirilir:
a) Yazılı konstitusiyalar – ölkənin rəsmi olaraq əsas qanunun elan olunmuş xüsusi qanunvericilik aktından və ya əksər hallarda müxtəlif vaxtda qəbul olunmuş bir neçə aktdan ibarətdir (məsələn, Fransanın Kontitusiyası 1958-ci il Konstitusiyası, ləğv olunmuş 1946-cı il Konstitusiyasının preambulası, 1789-cu il İnsan və vətəndaş hüquqları bəyənnaməsindən ibarətdir);
b) Şifahi konstitusiyalar – müxtəlif qanunların, məhkəmə presedentlərinin və adətlərin məcmuyudur. Məcmu şəklində bu aktlar və normalar mövcud quruluşun əsaslarını müəyyən dərəcədə təsbit edir, lakin rəsmi olaraq əsas qanun kimi elan edilmir (məsələn, Böyük Britaniya, Yeni Zelandiya). Hazırda tamamilə şifahi konstitusiya yoxdur. Hətta şifahi konstitusiyanın klassik ölkəsi hesab edilən Böyük Britaniyanın əsas qanununun tərkibində də çoxlu yazılı aktlar vardır.
Qeyd edək ki, bütün dövlətlər maddi mənada konstitusiyaya malikdir, lakin heç də hər bir dövlətdə formal mənada konstitusiya yoxdur.
2.     Qəbul edilmə qaydasına görə konstitusiyalar bölünür:
a)     Referendumda bəyənilmiş konstitusiyalar (Azərbaycan, Fransa, Belarusiya);
b)    Nümayəndəli orqan tərəfindən qəbul edilmiş konstitusiyalar (Braziliya, Zambiya);
c) Oktroirə edilmiş konstitusiyalar – Nümayəndəli orqanın iştirakı olmadan dövlət başçısı tərəfindən qəbul olunur. Başqa sözlə, «yaxşı» monarx tərəfindən öz «sədaqətli xalqına» bəxş edilir. Məsələn, İordaniya 1958-ci il, Nepal 1962-ci il, Sədiyyə Ərəbistanı 1992-ci il.
3. Dəyişdirilmə üsuluna görə konstitusiyalar ayrılır:
a) «Çevik» konstitusiyalar – başqa qanunlar üçün müəyyən edilmiş sadə qaydada dəyişdirilə bilir. (Böyük Britaniyanın şifahi konstitusiyası);
b) «Möhkəm» konstitusiyalar – Onlara dəyişikliklər edilməsinin mürəkkəb və çətin qaydaları vardır (ixtisaslı səs çoxluğu, ikiqat qərar, referendumda təsdiq və s.);
c) «Qarışıq» konstitusiyalar – Belə konstitusiyaların bəzi maddələri, ümumiyyətlə, dəyişdirilə bilməz, digərlərinə mürəkkəbləşdirilmiş, üçüncülərə isə sadələşdirilmiş qaydada dəyişikliklər edilir.
 4. Qüvvədə olma müddətindən asılı olaraq konstitusiyalar:
a) Daimi konstitusiyalar – Qüvvədə olmasının qabaqcadan heç bir xronoloji sərhədi müəyyən edilməyən konstitusiyalardır. Uzun müddət üçün qüvvədə olur. Lakin əbədi konstitusiya yoxdur;
b) Müvəqqəti konstitusiyalar – Belə konstitusiyalar özünün qüvvədə olma müddətini məhdudlaşdırır və ya elə şərtlər müəyyən edir ki, onların baş verməsi ilə o, daimi konstitusiyaya çevrilir. Məsələn, Sudanın 1985-ci il, Tailandın 1991-ci il, CAR-ın 1994-cü il müvəqqəti konstitusiyaları;
5. Nəzərdə tutulan məqsədindən asılı olaraq konstitusiyalar bölünür:
a) Proqram xarakterli konstitusiyalar – sosializm və kommunizm quruculuğu məqsədini elan edən bütün sosialist konstitusiyaları, adətən, proqram xarakterli olur. Məsələn, Çin rəhbərliyinin fikrincə, konstitusiyada müəyyən edilmiş sosializm quruculuğu məqsədinin həyata keçirilməsi üçün təqribən 100 il vaxt tələb olunur;
b) Təsbitedici konstitusiyalar – Onlarda cəmiyyətin dəyişdirilməsi haqqında proqram xarakterli müddəalar olmur. Məsələn, ABŞ. Lakin unudulmamalıdır ki, proqram xarakterli konstitusiyaların normalarının əksər hissəsi təsbitedicidir, təsbitedici konstitusiyalarda isə əksər vaxt proqram xarakterli ünsürlər olur. Məsələn, onların preambulasında;
6. Dövlət quruluşu formasından asılı olaraq konstitusiyalar unitar dövlətlərin, federativ dövlətlərin və federasiya subyektlərinin konstitusiyalarına bölünür;
7. Demokratiklik əlamətinə görə demokratik, avtoritar və totalitar konstitusiyalar fərqləndirilir. Lakin açıq-aşkar avtoritar konstitusiyalar çox azdır;
8. Sosial əlamətlərinə görə konstitusiyaların təsnifi:
a) burjua tipli;
b) sosialist tipli;
c) burjua tipinə keçid;
d) sosialist tipinə keçid;
e) yarımfeodal-teokratik konstitusiyalar (Bruney, Qatar, Səudiyyə Ərəbistanı).
 
 
  Bugün 26 ziyaretçi (43 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol